Məxfilik və məlumatların qorunması
MegaPlus — tətbiq məlumat siyasəti
Giriş
Bu sənəd Megastore tətbiqinin məxfilik siyasətidir. Biz istifadəçi məlumatlarını qorumağa önəm veririk. Aşağıda hansı məlumatları topladığımızı, necə istifadə etdiyimizi və sizin hüquqlarınızı açıqlayırıq.
Vacib
Giriş zamanı identifikasiya üçün yalnız FIN kodu və şəxsiyyət vəsiqəsinin seriya/nomre məlumatı tələb olunur. Digər şəxsi məlumatlar tətbiq tərəfindən istifadə edilmir və emal olunmur.
Toplanan məlumatlar
-
Şəxsiyyət məlumatları: giriş üçün verilən FIN kodu və şəxsiyyət vəsiqəsinin seriya/nomre (yalnız identifikasiya məqsədi ilə).
-
Texniki məlumatlar: cihaz modeli, əməliyyat sistemi, tətbiq versiyası, IP ünvan və analitika məlumatları.
-
Sağlamlıq məlumatları: yalnız istifadəçinin açıq razılığı ilə Apple Health və ya Android Health Connect vasitəsilə əldə edilə və tətbiq daxilində fəaliyyət statistikaları göstərmək üçün istifadə edilə bilər. Bu məlumatlar yalnız istifadəçi razılığı ilə oxunur və istifadəçi istəsə, məlumatlar tətbiqdən silinə bilər.
-
Qeyd: Ümumi prinsip olaraq istifadəçinin məlumatları emal edilmir və üçüncü tərəflərlə paylaşılmır, yalnız tətbiq daxilində göstərmək üçün oxunur.
Məlumatların istifadəsi
-
Xidmət təqdimatı və fərdi məzmunun göstərilməsi.
-
Təkmilləşdirmə məqsədi ilə analitika və istifadə statistikası.
-
Yerli saxlama və istifadəçi təcrübəsinin fərdiləşdirilməsi.
Paylaşma
İstifadəçi məlumatları emal edilmir və üçüncü tərəflərlə paylaşılmır. Yalnız qanunla tələb edildiyi hallarda və ya istifadəçinin açıq razılığı ilə məlumatlar paylaşılacaq.
İstifadəçi hüquqları
-
Məlumatlarınıza giriş tələb etmək.
-
Məlumatların düzəldilməsini və ya silinməsini tələb etmək.
-
Məlumatların emalına etiraz etmək.
Məxfiliklə
əlaqə
Suallar və tələblər üçün bizimlə əlaqə saxlayın: privacy@megastoremarket.com
